Bakıdakı dünya kubokunun təqvimi

Fevralın 15-16-da milli gimnastika arenasında keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarının təqvimi açıqlanıb. Allsport.az xəbər verir ki, turnirin ilk günündə tamblinq və batut gimnastikasi üzrə fərdi təsnifat yarışları baş tutacaq.

Eyni gündə batut üzrə sinxron cütlüklər arasında təsnifat yarışları təşkil olunacaq. 2-c gündə isə təsnifat yarışlarında uğurla çıxış edən gimnastlar final mərhələsində mübarizə aparacaqlar. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” təqdim olunacaq.

Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə 30 ölkə iştirakını təsdiqləyib. Təxminən 150 gimnast yarışda birincilik uğrunda mübarizə aparacaq.

Həmin kateqoriyadan