Bakıdakı turnirdə 50 ölkənin gimnastları iştirak edəcək

Martın 12-15-də milli gimnastika arenasında idman gimnastikası üzrə Tokio 2020 yay olimpiya oyunlarına lisenziya xarakterli dünya kuboku yarışları keçiriləcək. Allsport.az xəbər verir ki, ilkin qeydiyyat siyahısına əsasən turnirdə iştirak etmək istəyən ölkələrin sayı 50-dir.

Yarışda ümumilikdə 201 kişi və qadın idman gimnastının mübarizə aparacağı gözlənilir. İştirak edəcək gimnastların adları isə fevralda açıqlanacaq.

Yarışın ilk 2 günü təsnifat, sonrakı 2 günü isə final mərhələləri baş tutacaq. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Həmin kateqoriyadan