- Baxış sayı: 44
- 12 İyul 2026 11:32
- Baxış sayı: 142
- İyul 12, 2026
- 0

Latviyanın paytaxtı Riqada 20 yaşadək idmançılar arasında çimərlik voleybolu üzrə Baltikyanı ölkələrin açıq çempionatına yekun vurulub.
Allsport.az xəbər verir ki, Azərbaycan yarışda həm oğlan, həm də qız komandaları ilə təmsil olunub.
Oğlanların mübarizəsində İbrahim Məmmədov/Muhəmməd Aslanlı cütü 34 komanda arasında üçüncü yeri tutaraq bürünc medal qazanıb. Təmsilçilərimiz üçüncü yer uğrunda görüşdə Latviya yığmasını 2:1 hesabı ilə məğlub ediblər.
Qızların yarışında isə Səbinə Əlizadə/Leyla Əliyeva cütü 27 komanda arasında mübarizə apararaq turniri 12-ci pillədə başa vurub.