Basketbol federasiyası yeni rəmzi və geyimləri təqdim olunub

Azərbaycan basketbol federasiyası yeni şüar – “Yeni nəfəs, yeni başlanğıc” müəyyənləşdirib. Allsport.az saytı xəbər verir ki, mayın 17-də eyni adlı tədbirdə bu barədə açıqlama verilib.

Mərasimə gənclər və idman naziri Fərid Qayıbov, milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və federasiya prezidenti Emin Əmrullayev, ali təhsil ocaqlarının rəhbərləri qatılıblar.

Toplantıda federasiyanın yeni loqosu və milli komandanın geyimləri təqdim edilib. Loqoda basketbol topu, meydançası, bayraq lentləri və buta simvolu əks olunub.

Həmin kateqoriyadan