Basketbol federasiyasının yeni prezidenti kim oldu?

Dekabrın 14-də gənclər və idman nazirliyinin inzibati binasında Azərbaycan basketbol federasiyasının seçki konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıb.

Sonra, ABF-in prezidenti Nadir Nəsibov çıxış edərək, federasiyanın son illərdəki fəaliyyəti barədə məlumat verib və yeni seçiləcək heyətə uğurlar arzulayıb. Daha sonra federasiya rəhbərliyinə yeni seçki keçirilib. Təhsil naziri Emin Əmrullayev yeni prezidenti seçilib.

Konfransda həmçinin, Simuzər Feyzullayeva, Vilayət Vəliyev, Bəxtiyar Aslanbəyli və Elnur Əliyev rəyasət heyətinə üzv seçiliblər.

Tədbirin sonunda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.

Həmin kateqoriyadan