Basketbolçularımız qitə ələməsində qrupda 3-cü olub

İsrail paytaxtı Təl-Əvivdə 3×3 basketbol üzrə Avropa çempionatının seçmə mərhələsi keçirilib. Allsport.az saytı xəbər verir ki, kişilərdən ibarət millimiz (Anar Haciyev, Cəbrayil Əkbərov, Endər Poladxanlı, Polad Həsənov) yarışın ilk günündə Belçikaya məğlub olsa (8:19) da, Andorra yığmasına böyük hesabla qalib gəlib (22:5).

1/4 finala adlamaq üçün qrup mərhələsinin 3-cü oyununda komandamız Almaniya yığması ilə mübarizə aparmalı olub. Hava şəraitinin korlanması səbəbindən qarşılaşma əvvəl təxirə salınıb, sonra qapalı məkanda keçirilməsi qərara alınıb. Oyun bərabər səviyyədə başlasa da, sona yaxın rəqib üstün olub (21:14).

Qrupda 3-cü pillədə qərarlaşan komandamız, mübarizəni dayandırıb.

Həmin kateqoriyadan