Batut gimnastikası və tamblinq üzrə dünya kuboku ləğv olunub

Fevralın 13-14-də Bakıda nəzərdə tutulan batut gimnastikası və tamblinq üzrə dünya kuboku ləğv olunub. Allsport.az saytı xəbər verir ki, yarışın ləğv olunması koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.

Bakı sınağı ilə yanaşı, BGF idman gimnastikası (Almaniya, 25-28 fevral), o cümlədən akrobatika gimnastikası (Rusiya, 19-21 fevral; Portuqaliya, 5-7 mart; Belçika 9-11 aprel) və aerobika gimnastikası üzrə dünya kuboklarının (Yaponiya 24-25 aprel) da təxirə salındığını açıqlayıb.

Martın 4-7-də paytaxtımızda idman gimnastikası üzrə dünya kuboku, bədii gimnastika üzrə dünya kuboku (7-9 may), aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları yarışları (21-23 may), batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatı (11-14 noyabr) və 28-ci dünya yaş qrupları yarışlarının (19-22 noyabr) keçirilməsi nəzərdə tutulur.

Həmin kateqoriyadan