“Bayrağımızın yandırılması bizim üçün əlavə məsuliyyət oldu”

Allsport.az xəbər verir ki, yunan-Roma güləşçimiz Taleh Məmmədov Avropa 2-incisi olması barədə danışıb. O, hava limanında bunu qeyd edib: “İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılması güləşçilərimiz üçün 2-qat məsuliyyət oldu və komandanın əhvali-ruhiyyəsinə müsbət təsir etdi, idmançıları daha da ruhlandırdı.

Ermənistan idmançısıyla artıq dördüncü dəfədir qarşılaşıram. Özüm elə taktika seçdim ki, birinci hissədə parterdə oturum, ikinci hissədə isə bütün var gücümü qoyaraq qələbə qazanım. Elə qurduğum taktika ilə də getdim.

Rəqib bilirdi ki, bundan öncəki yarışda onu qaldırıb atmışam və bunu yenə etmək istəyəcəyəm. Ancaq ondan müdafiə olunurdu deyə başqa fənd etməli oldum. Həmin fəndin üzərində işləmişdim, icra edib qələbə qazanaraq finala vəsiqə qazandım. Növbəti hədəfim dünya çempionu olmaqdır. Serbiyada qızıl medal qazanıb, karyeramı başa vurmaq istəyirəm”.

Həmin kateqoriyadan