FOTO
“Bir Azərbaycanlı”lar hazırladıqları sovqatları cəbhədə əsgərlərimizə çatdırdılar

Milli idman brendi “İl’Azero” ordumuza dəstək göstərməkdə davam edir. Allsport.az saytının məlumatına görə, bu gün “Bir Azərbaycanlı”lar, kişi voleybol millisi, adlarının çəkilməsini istəməyən vətənsevər insanlarımız hazırladıqları sovqatları cəbhədə əsgərlərimizə çatdırıblar. Şirkətin rəhbəri, tanınmış voleybol meneceri İlqar İmamquliyev bununla bağlı öz ürək sözünü yazıb:

– Bu, bizim edə biləcəyimiz bir zərrə qədər kiçik dəstəyimizdir ki, ən azından vicdanımıza isti evimizdə oturarkən su səpməyə səbəb olsun…??
Sizin qarşınızda baş əyirik!!! Nələr çəkdiyinizi, hansı şücaəti göstərdiyinizi yalnız Allah və siz özünüz bilirsiniz. Bu gün biz onun misqalını hiss etdik…

Azərbaycan əsgəri, dövləti, milləti heç vaxt bu qədər güclü, mətin, hazırlıqlı və ən əsası, HƏMRƏK olmamışdı!!!
Biz dünyaya yetərik !!!
ALLAH qorusun!!!
AMİN!!!

Həmin kateqoriyadan