“Bir az tələskənliyə yol verdim”

Yunan-Roma üzrə Avropa çempionatında 55 kq çəki dərəcəsində təmsilçimiz Rəşad Məmmədov gümüş medal qazanıb.

Allsport.az xəbər verir ki, güləşçimiz Azərbaycan güləş federasiyasının mətbuat xidmətinə bu barədə açıqlama verib:

“Bu, mənim ilk Avropa çempionatım idi. Hər yarışda olduğu kimi, burada da həyəcan var idi. Çox şükür, bunun öhdəsindən gələ bildik. Rumıniya və Gürcüstan güləşçilərinə qalib gələrək finala yüksəldim. Finalda Moldova idmançısıyla qarşılaşdım. Hesabda 3:0 öndə idim. Bir az tələskənliyə yol verdim. Gələn dəfə bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”.

Həmin kateqoriyadan