“Bir neçə xal geridə olsaq da, toparlanıb qalib gələ bildik”

“Abşeron” voleybolçuları “Bahar kuboku”na sahib çıxdı. Allsport.az saytı xəbər verir ki, klubun baş məşqçisi Eldar Yusubovun qələbə təəssüratını bölüşdü:

““Bahar kuboku”nda komandamızın 2 əsas voleybolçusu olmadan mübarizə apardıq. Çempionat oyunlarında zədələnən oyunçularımızın müalicəsi davam etdiyi üçün onlar bu yarışda iştirak edə bilmədilər.

Sevindirici haldır ki, gənc qızlarımız etimadı doğrultdular. Onlar gözəl oyun göstərdilər və bu, bizi çox sevindirdi. Final matçının sonuncu setində hesabda rəqibdən bir neçə xal geridə olsaq da, toparlanaraq qalib gəlməyi bacardıq. Bu qələbə münasibəti ilə hər kəsi təbrik edirəm”.

Həmin kateqoriyadan