Birinci Avropa Oyunlarına test xarakterli AGF kuboku turniri başlayır

16-19 aprelda Heydər Əliyev adına İdman-Konsert Kompleksində yeniyetmə-gənc sərbəst və yunan-Roma güləşçiləri arasında AGF kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu yarış iyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına test xarakteri daşıyır.

Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə komandaları iştirak edəcəklər.

Turnirin proqramına əsasən, aprelin 16-da yunan-Roma güləşi üzrə yeniyetmələr, 17-də yunan-Roma güləşi üzrə gənclər, 18-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 19-da isə, sərbəst güləş üzrə gənclər mübarizə aparacaq.

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

Həmin kateqoriyadan