Bizim oğlanlar mübarizəyə hazırdır

Millimiz Avropa çempionatının seçmə mərhələsində İsveç, Lüksemburq və Yunanıstan voleybolçuları ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, artıq qrupda oyunlarının təqvimi müəyyənləşib. “G” qrupunda komandamız ilk görüşünü avqustun 15-də saat 18:00-da paytaxtda İsveçlə keçirəcək.

Fərid Cəlalovun baş məşqçisi olduğu yığmamız avqustun 18-də səfərdə Lüksemburq, 4 gün sonra Yunanıstan milliləri ilə qarşılaşacaq. Avqustun 26-da ellinləri evdə qəbul edəcəyik. Gələn il yanvarın 5-də “cırtdanlar” qonaqğımız olacaq. Bundan 4 gün sonra milli səfərdə İsveçlə görüşəcək.

7 qrupda ilk yeri tutacaq komandalar Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanacaqlar. 2-ci yeri tutan 6 yığma qalan 5 vəsiqə uğrunda mübarizə aparacaq.

Həmin kateqoriyadan