- Baxış sayı: 118
- 09 İyul 2026 19:43
- Baxış sayı: 25
- İyul 10, 2026
- 0

2-qat olimpiya çempionu, 6-qat dünya çempionu Abdülrəşid Sədullayev, Beynəlxalq olimpiya komitəsinin (BOK) Rusiya idmançılarına tətbiq olunan cəzaları aradan qaldırması ilə bağlı qərarını müsbət qiymətləndirib.
Allsport.az xəbər verir ki, iyulun 7-də BOK, Rusiya olimpiya komitəsinin (ROK) fəaliyyətinə qoyulan müvəqqəti məhdudiyyəti ləğv edib.
Bununla yanaşı, rusiyalı idmançıların beynəlxalq yarışlarda iştirakı ilə bağlı məhdudiyyətlər və Rusiyada beynəlxalq turnirlərin keçirilməsinə qoyulan qadağa da aradan qaldırılıb.
Bu sanksiyalar Rusiya sərbəst güləş millisinin kapitanı Abdülrəşid Sadullayevin Paris-2024 yay olimpiya oyunlarını, 2 dünya və 4 Avropa çempionatını buraxmasına səbəb olmuşdu.
Hazırda “Dağıstan tankı” ləqəbli güləşçi 2026-cı ildə Qazaxıstanda keçiriləcək dünya çempionatına hazırlaşır və yeni uğurlar qazanmağı qarşısına məqsəd qoyub.