BOK prezidenti Dünya Kubokunda qadın güləşçilərimizin çıxışını izləyəcək

7-8 martda Rusiyanın Sankt-Peterburq şəhərində qadın güləşçilərin Dünya Kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, həmin yarışda millimiz də mübarizə aparacaq. Qızlarımız «A» qrupunda Yaponiya, Polşa və ABŞ komandaları ilə birgə rəqabət aparacaqlar.

Dünya Kuboku izləyənlər arasında Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax da olacaq. Onu tədbirə Rusiya Güləş İdmanı Federasiyası 1-ci vitse-prezidenti Georgi Bryusov dəvət edib. Bu barədə məlumatı FSBR-in rəsmi internet saytı olan wrestrus.ru yayıb.

BOK rəhbəri təklifi məmnuniyyətlə qəbul edib. Bildirib ki, idmançı karyerası ərzində Rusiyanın mədəni paytaxtında keçirilmiş qılıncoynama yarışlarında da iştirak edib və Piterlə bağlı xoş xatirələri var.

Həmin kateqoriyadan