- Baxış sayı: 45
- 20 Mart 2025 13:58
- Baxış sayı: 48
- Mart 20, 2025
- 0
Gənc boksçulardan ibarət Azərbaycan yığması Rumıniyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. Allsport.az xəbər verir ki, milli Breila şəhərində təşkil olunacaq “Drakula Open”ə 14 idmançı ilə qatılacaq.
Baş məşqçi Elbrus Rzayev yarışda Bilalhəbaşi Nəzərov, Hikmət Məmmədov (hər ikisi 48 kq), Nihat Qasımov (51 kq), Zidan Hümbətov (54 kq), Sübhan Babayev (57 kq), Baqir Əmirxanlı (60 kq), Vüsal Xəlilov (63,5 kq), Valeh Eyvazlı (67 kq), Rza Rzayev (71 kq), Abbasqulu Şadlinski, Renat Qiyaslı (hər ikisi 75 kq), Mircəlal Mirağayev (80 kq), Hüseyn Hüseynli (92 kq) və Məhəmməd Cəfərova (+92 kq) fürsət verəcək.
Turnirdə Rövşən Qədirovla Qalib Əbiyev isə ölkəmizi hakim kimi təmsil edəcək.
Fevralın 16-da başlayacaq “Drakula Open”də final döyüşləri ayın 23-də olacaq.