Bölgə klubunda yeni anlaşma

“Gəncə” voleybol klubu ilə sağlam ailə “Ultralab” filialları arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Allsport.az xəbər verir ki, müqaviləni klubun prezidenti Elvar Osmanov və “Ultralab” MMC-nin direktoru Nərgiz Cəbrayılzadə imzalayıblar.

Birillik imzalanan müqavilə klubun aşağı yaş qruplarından ibarət komandasını əhatə edir. Belə ki, “Gəncə” Ultralab tibb mərkəzi kluba 50 ədəd idman geyimi dəsti təqdim edəcək, həmçinin voleybolçuların yaxınları üçün müayinələr zamanı endirimlər tətbiq olunacaq. Habelə klub üzvlərinin idman yarışları zamanı səyyar tibbi müayinələrini həyata keçirəcək.

Əvəzində isə, komandanın ev oyunları zamanı meydançada yerləşən reklam lövhələrində, voleybolçuların formalarında “Ultralab”ın loqosu yerləşdiriləcək. Kluba məxsus sosial media səhifələrində mərkəzin də loqosunun yer alacağı paylaşımlar ediləcək və başqa marketinq xidmətləri də göstəriləcək.

Həmin kateqoriyadan