Bölgələrdə gənc istedadların inkişaf düşərgəsinə yekun vurulub

Azərbaycan voleybol federasiyasının ilk dəfə paytaxtdan kənarda təşkil etdiyi “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı düşərgəsi”nə bu gün yekun vurulub. Allsport.az saytı xəbər verir ki,
Hacıqabulda baş tutan toplantıya yeniyetmə və gənclərdən ibarət millinin baş məşqçisi Şahin Çatma rəhbərlik edib.

Sentyabrın 12-də start götürən düşərgədə Hacıqabuldan və Şirvandan seçilmiş 20 nəfər (2007, 2008, 2009 və 2010-cu il təvəllüdlü) voleybolçu qız iştirak edib.

Şirvan olimpiya idman kompleksində təşkil olunan və 4 gün davam edən düşərgədə hər yaş qrupu üçün məşqlər təşkil olunub. Burada uşaqlara voleybolun incəlikləri öyrədilib və onların daha yaxşı forma toplaması üçün müxtəlif proqramlar həyata keçirilib.

Düşərgədə Sumqayıt, Qax, Şirvan, Tovuz, Saatlı, Gəncə şəhərlərinin məşqçiləri də kömək ediblər.

Həmin kateqoriyadan