- Baxış sayı: 276
- 12 İyul 2026 00:00
- Baxış sayı: 228
- Avqust 05, 2026
- 0

Türkiyənin Qaziantəp şəhərində ağırlıqqaldırma üzrə 3-qat olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə beynəlxalq turnir davam edir.
Allsport.az xəbər verir ki, 2020-ci il Tokio olimpiya oyunların gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 20-dən çox ölkədən 80-ə yaxın atlet çıxış edir.
Baş məşqçi Asif Məmmədovun rəhbərliyi ilə Səbinə Əzimova (55 kq), Boyanka Kostova (59 kq), Füqan Əliyev (81 kq) və Tarmenxan Babayev (96 kq) körpücük üzərinə çıxacaqlar.
Bu gün adı 2-ci çəkilən idmançımız qüvvəsini sınayıb. O, 224 kq (100+124) nəticə ilə bütün rəqiblərini qabaqlayıb.