- Baxış sayı: 59
- 12 Noyabr 2026 19:03
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

“İl’Azero” ölkə idmançılarını birləşdirməkdə davam edir. Allsport.az saytı xəbər verir ki, vahid idman forması axtarışında olan “Bir Azərbaycanlı” pərəstişkarlarını yeni milli naxışlı nəfis geyimlərlə sevindirməkdədir.
Sərbəst güləş üzrə olimpiya mükafatçısı, 3-qat dünya və 3-qat Avropa çempionu Hacı Əliyev və yunan-Roma güləşində dünya və Avropa çempionatlarının qızıl medalçısı Eldəniz Əzizli ilə karate növündə Bakı-2015 qitə və İslam oyunlarının 3-qat qalibi Ayxan Mamayev bir araya gəliblər.
Onlar bu dəfə Azərbaycan idman brendinin təsisçisi və sahibi, dünyaca məşhur voleybol meneceri İlqar İmamquluyevlə birgə foto-obyektiv önündə dayanmağa üstünlük veriblər.