“Boz qurd”dan “Azərreyl”ə dəstək

Bu gün qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çağırış kubokunun 1/32 final mərhələsinin cavab oyununda Ukraynanın “Balta” komandası ilə qarşılaşır.

Allsport.az saytı xəbər verir ki, GİN-in voleybol mərkəzində matçı xeyli sayda tamaşaçı izləyir. Onların arasında müxtəlıf azarkeş qrupu da var.

Bunlardan biri “Boz qurd”dur. Adı çəkilən tərəfdar qrupu “dəmiryolçular”ın azarkeşlərinə dəstək verirlər.

Dünən keçirilən ilk görüşdə Azərbaycan təmsilçisi 3:0 qalib gəlib.

Həmin kateqoriyadan