- Baxış sayı: 59
- 16 Oktyabr 2026 17:23
- Baxış sayı: 165
- Oktyabr 16, 2026
- 0

Slovakiyada keçirilən Avropa çempionatında qızıl medal qazanan Həsrət Cəfərov Vətənə dönüb.
Allsport.az xəbər verir ki, üçqat qitə çempionu bunun qürurverici hiss olduğunu bildirib:
“Allaha şükürlər olsun, vətənə qızıl medalla qayıtdıq. Həm özüm, həm də komandamız çempion oldu. Bu, çox qürurverici hissdir. 3-cü dəfə Avropa çempionu oldum və bu göstəricidə Rafiq Hüseynova çatdım. Bundan sonra dünya çempionatına hazırlaşacağıq. Bir həftəlik istirahətdən sonra məşqləri bərpa edəcəyik. Daha sonra Vladiqafqaza təlim-məşq toplanışına yollanacağıq”.