“Bu gənclərə qarşıdakı olimpiya oyunlarında da etimad göstərmək olar”

Bolqarıstan paytaxtı Sofiyada U-20 dünya çempionatında uğurlu çıxış edən yunan-Roma güləşçilər vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, 119 xalla komanda hesabında 2-ci olan millimiz Heydər Əliyev beynəlxalq aeroportunda təntənə ilə qarşılanıb. Komandanın böyük məşqçisi Nurəddin Rəcəbov bunu deyib:

“Bilirdik ki, bizi ağır yarış gözləyir. Bir neçə komandayla birgə yüksək səviyyədə təlim-məşq toplanışı keçmişdik. Vitaminlə təmin olunmuşduq. Federasiya rəhbərliyinə və məşqçilərimizə təşəkkür edirəm. Hər şey yüksək səviyyədə idi.

Nəticə də göz qabağındadır. DÇ-də 50-ə yaxın ölkə təmsil olundu. 3 qızıl, 2 bürünc medal qazandıq. Komanda hesabında 2-ci yeri tutduq. Son 8 ilin ən yaxşı nəticəsinə imza atdıq. Hər kəsi təbrik edirəm. Hətta bundan da yaxşı nəticə gözləyirdim. Bəzi çəkilərdə gözlədiyimiz nəticəni ala bilmədik. Bu da zədələrlə bağlıdır.

Bizim üçün çətin olacağını bilirdik. Çünki 97 və 130 kq-da təmsil olunmurduq. Ancaq güvəndiyimiz idmançılarımız var idi. Tarixi nəticəyə imza atdıq. Bu gənclərimizə hətta qarşıdakı olimpiya oyunlarında da etimad göstərmək olar. Taktiki-texniki hazırlıqları qaydasındadır”.

Həmin kateqoriyadan