Bu gün dünya idman jurnalistlərinin peşə bayramıdır

Bu gün dünya idman jurnalistlərinin peşə bayramıdır. Allsport.az saytı xəbər verir ki, 1924-cü il iyulun 2-sində Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası yaradılıb. Hazırda dünyanın 130 dövlətinin idman jurnalistlərinin milli birlikləri bu assosiasiyanın üzvləridir.

İdman Jurnalistikası Günündə AİPS və idman jurnalistlərinin milli assosiasiyaları təntənəli yığıncaqlar keçirir, idman sahəsində kütləvi informasiya vasitələrinin ən yaxşı nümayəndələrinə mükafatlar təqdim edilir.

Qurumun 77-ci konqresi 2014-cü ildə Bakıda keçirilib.

Həmin kateqoriyadan