“Bu gün müdafiədə əla oynadıq, demək olar ki, bütün topları çıxardıq”

Bu gün Bakı idman sarayında voleybol üzrə yüksək liqanın açılış oyununda “Abşeron” klubu son Azərbaycan çempionu “Azərreyl”ə 3:1 qalib gəldi. Matçdan sonra ölkə kubokunun sahibinin aparıcı üzvü Ülkər Kərimova sevincini allsport.az saytı ilə bölüşdü:

“Bu mövsüm ilk oyuna çıxdıq. Bu zal bizə yenidir, iki gündür burada məşq edirdik. Rəqibə isə bu arena doğmadır. “Azərreyl” öncələr Bakı idman sarayında çox oyun keçirib. Bu üzdən, qələbə hissi ilə alışıb yanırdıq. Sonda bunu bacardıq.

Açığı, buna inanırdım, sonadək fikrimdə qaldım. “Azərreyl”in voleybolçularının əksəri yeni olsa da, səviyyəlidirlər. Bu gün müdafiədə əla oynadıq, demək olar ki, bütün topları çıxardıq və komanda şəklində mübarizə apardıq”.

Həmin kateqoriyadan