- Baxış sayı: 78
- 24 Sentyabr 2026 23:59
- Baxış sayı: 78
- Sentyabr 24, 2026
- 0
Bu gün olimpiya (Afina-2004) və 2-qat dünya çempionu (2007, 2009) Fərid Mansurovun doğum günüdür. Allsport.az saytı xəbər verir ki, müstəqillik dövrümüzdə yunan-Roma güləşinin səraslanı sayılan titullu bahadır, Azərbaycan idmanında uğuruna görə ölkə başçısının sərəncamları ilə 2002-ci ildə “Tərəqqi” medalı və 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif olunub.
O, 2010-ci ildə karyerasını bitirdikdən sonra da güləşdən ayrılmayıb. Hazırda AGF-in gənclər üzrə vitse-prezidenti vəzifəsində çalışır. Fərid Mansurovu doğum günü münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq!