- Baxış sayı: 64
- 06 May 2026 15:25
- Baxış sayı: 83
- May 11, 2026
- 0

Qadın voleybolçuların avqustun 19-dan sentyabrın 5-dək Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiyanın birgə ev sahibi olacağı Avropa çempionatının bu gün püşkü atılacaq.
Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin də rəqiblərinin bilinəcəyi yarışın püşkatma mərasimi Belqradda təşkil olunacaq.
Tədbir Bakı vaxtı ilə saat 22:00-da Avropa voleybol konfederasiyasının rəsmi Yutub kanalında və Feysbuk səhifələrində canlı yayımlanacaq.
Püşkatmaya bizdən AVF-in baş katibi və CEV-in idarə heyətinin üzvü Cəlil Cəfərov qatılacaq.