- Baxış sayı: 65
- 10 May 2026 15:37
- Baxış sayı: 63
- May 11, 2026
- 0

Bu gün London Yay Olimpiya Oyunlarının qızıl medalçısı, dünya çempionu (2011) və bürünc mükafatçısı (2009), Avropa çempionatının gümüş (2010) və bürünc (2011) medalçısı, ümummilli lider Heydər Əliyevin xatirəsinə «Qızıl qran-pri» turnirinin qalibi (2011) və iki dəfə bürünc mükafatçısı (2009-10) Şərif Şərifovun doğum günüdür.
Allsport.az xəbər verir ki, bahadırımızın 27 yaşı tamam olur. Azərbaycan güləşinin inkişafındakı xidmətlərinə və qazandığı nailiyyətlərə görə, o, Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub. Şərif Şərifovu təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!