“Bu gün vəziyyət biz istədiyimiz kimi deyil”

Dekabrın 27-sində “Ekselsior” mehmanxanasında Azərbaycan voleybol federasiyasının hesabat toplantısı oldu. Allsport.az saytı xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov bir çox məsələyə aydınlıq gətirdi:

“Federasiyalar klublarla işləyirlər. Bir çox ölkələrlə müqayisə aparmaq olar. Amma Azərbaycan reallığı var. Məşqçilərlə müqavilələr açıq göstərilməlidir. Yəqin, bunu hamı eşitdi və tövsiyyəmi gələcəkdə nəzərə alacaqlar.

Faiq Qarayev ölkəmizdə seçilən məşqçilərdən. Onu geniş təqdim etməyə ehtiyac yoxdur. Çox istərdim ki, Faiq müəllim kimi məşqçilər özlərindən sonra kimlərisə yetişdirsinlər.

Son günlər ictimayyətdə müzakirə olunan “Xarı Bülbül”ə gəlincə, klubun problemi var. Faiq müəllim klubların bağlandığını vurğuladı. Biz sponsorların klublara necə gəlməsini düşünməliyik. Təbii ki, onların hansısa maraqları olmalıdır. Ona da biz hamımız çalışmalıyıq.

Federasiyanın, klubun və ictimai birliyin müəyyən büdcəsi olmalı və ona uyğun hərəkət etməlidirlər. Gəlirlə xərclər fərqlidirsə, təbii ki nəticələr də fərqi olacaq.

Gün olsun elə səviyyəyə çataq ki, həmin klublara kömək edə bilək. Bu gün vəziyyət biz istədiyimiz kimi deyil. Bunun üzərində çalışırıq. Problemdən çox danışmaq olar. Nazirlik büdcə təşkilatıdır”.

Həmin kateqoriyadan