“Bu il zəhmətim boşa getmədi”

Bolqarıstan paytaxtı Sofiyada U-20 dünya çempionatında yunan-Roma güləşçilərimiz 119 xalla komanda hesabında 2-ci olub. Allsport.az saytı xəbər verir ki, bu yarışda fəxrü kürsünün zirvəsinə çıxan Nihad Quluzadə (55 kq) sevincini belə bölüşüb:

“Bu il Avropa və dünya çempionu oldum. Birillik zəhmətimiz boşa getmədi. Məşqçilərimizə, diqqət və qayğısını bizdən əsirgəməyən federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Gənclərdəki son ilimi uğurla başa vurdum. Dünya çempionu olduğum üçün çox sevinirəm.

Yunanıstan və Yaponiya güləşçilərinə tam üstünlüklə qalib gəldim. Ermənistan idmançısıyla yarımfinal görüşü çətin keçdi. Şükür Allaha, ona da qalib gəldim. Finalda AÇ-də məğlub etdiyim Rumıniya güləşçisiylə qarşılaşdım və yenə ona qalib gələrək dünya çempionu oldum”.

Həmin kateqoriyadan