“Bu nəticəmi hərbi xidməti davam etdirən bir əsgər olaraq şəhid və qazi ailələrinə həsr edirəm”

Şimali Makedoniyanın paytaxtı Skopyedə U-23 Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləş millimiz dünən Vətənə dönüb. Allsport.az saytı xəbər verir ki, həmin yarışda gümüş medal qazanan Orxan Abbasov (86 kq) bunu söyləyib:

“Müəyyən zədələrə görə bir ildən çox idi yarışlarda iştirak etmirdim. Uzun fasilədən sonra güləşmək çətin idi. Buna baxmayaraq, məqsədim çempion olmaq idi. Ancaq gümüş medal qazandın.

Hər halda, Allaha şükür ki, medalsız qalmadım. Bu nəticəmi hərbi xidməti davam etdirən bir əsgər olaraq, şəhid və qazi ailələrinə həsr edirəm”.

Həmin kateqoriyadan