“Bu qələbəmi Azərbaycan xalqına həsr edirəm”

Bolqarıstanın Plovdiv şəhərində U-23 Avropa çempionatında İslam İlyasov (97 kq) sərbəst güləşdə baş mükafata yiyələnib. Allsport.az saytı xəbər verir ki, o, qələbəsində payı olan hər kəsə təşəkkür edib:

“Bu qələbəmi Azərbaycan xalqına həsr edirəm. Federasiya rəhbərliyinə, milli komandada çalışan məşqçilərə təşəkkür edirəm. Şəxsi məşqçilərim Qırxlar Bədəlovla Yaşar Əliyevə də “çox sağ olun” demək istəyirəm.

Çünki üzərimdə böyük əziyyətləri olub. Allah qoysa, bundan da böyük nəticələr əldə edib, həm məşqçilərimizi, həm də Azərbaycan xalqını sevindirərəm”.

Həmin kateqoriyadan