“Bu qızıl medal Paris-2024 öncəsi məndə stimul yaratdı”

“Bütün paralimpiya ailəsini ürəkdən təbrik edirəm. Artıq milli komandamız dünya çempionatında üçüncü qızıl medalı qazanıb”.

Allsport.az xəbər verir ki, bunu Azərbaycan yığmasının paraatleti Orxan Aslanov deyib.

Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında uzunluğa tullanma üzrə yarışda qızıl medal qazanan idmançımızın fikirlərini Azərbaycan paralimpiya komitəsinin mətbuat xidmətinə açıqlayıb: “Şadam ki, qızıl medallardan birini mən qazanaraq bu nəticədə pay sahibi oldum. İlk dünya çempionluğunu qazandım. Bu qızıl medal qarşıdan gələn Paris paralimpiadası öncəsi məndə stimul yaratdı ki, daha həvəslə hazırlaşım. Ümid edirəm ki, milli komanda olaraq Parisdə də yaxşı nəticələr əldə edəcəyik”.

Həmin kateqoriyadan