“Bu son deyil”

“Bu son deyil”

Milli gimnastika arenasında yeniyetmə güləşçilərin dünya çempionatında 60 kq-da Elmir Çərkəzov 3-cü yer uğrunda görüşdə yaponiyalı Hinata Hanamorini 9:0 vaxtından öncə üstələdi. Allsport.az saytı xəbər verir ki, mübarizədən sonra o sevincini KİV-lə bölüşdü:

“Bu son deyil. Çalışacağam ki, nəticəmi daha yaxşılaşdırım. Hələ ki, qızıl medal yoxdur. Bu gün 2 komanda yoldaşım finalda uduzdu. Hazırlığımız yüksək səviyyədədir. Qismət Allahdandır. Gələn yarışlarda yaxşı olar”.

Həmin kateqoriyadan