“Bundan sonra bütün diqqəti dünya çempionatına yönəldəcəyik”

Xorvatiyada qitə çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə millimiz vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, Zaqrebdə 2 qızıl, 3 gümüş və 1 bürünc medalla komanda hesabında 2-ci yeri tutan yığma komanda Heydər Əliyev beynəlxalq aeroportunda təmtəraqla qarşılanıb. Millinin baş məşqçisi Aleksandr Tarakanov bunu deyib:

“Avropa çempionatına yaxşı hazırlaşmışdıq. Zaqrebdə keçirilən Reytinq turnirindən sonra ölkə xaricində 2 təlim-məşq toplanışı keçdik. Xorvatiyada və Gürcüstanda hazırlıq prosesində iştirak etdik. Komandamız qitə birinciliyində uğurlu çıxış etdi.

Bundan sonra bütün diqqətimizi sentyabrda keçiriləcək lisenziya xarakterli dünya çempionatına yönəldəcəyik. Federasiya rəhbərliyi beynəlxalq arenalarda uğurlu çıxış etməyimiz üçün lazım olan bütün şəraiti yaradır”.

Həmin kateqoriyadan