Cəbrayıl Həsənov: “Rövşən Bayramovla mənim məğlubiyyətimdə hakimlərin rolu çox oldu”

Ölkəmizin medal daxılına sərbəst üsul pəhləvanlarımızdan Cəbrayıl Həsənov daha bir bürünc medal əlavə edib. Allsport.az saytı xəbər verir ki, titullu güləşçi yarımfinalda qələbə şansını qaçırmasına belə izah verib: “4:0 hesabı ilə qalib gəlirdim. Bir az özümə arxayın idim. Lakin hakimlər görüşü çox saxladılar və bir az soyudum, bir az həyəcandan, bir az boş dayanmaqdan yarış tonusumu itirdim.

Amma bununla belə, hesab 6:4 xeyrimə olmalı idi. Ancaq hakimlər 5:4 etdilər, özü də onun xeyrinə. Rəqibim 3-4 dəqiqə istirahət etdi və özünə gələrək, psixoloji cəhətdən özünü toparladı. Məncə, Rövşən Bayramovun da məğlubiyyətində hakimlərin rolu çox oldu. Onlar rəqibə xəbərdarlıq verməli idilər. Lakin nədənsə güzəştə getdilər”.

 

 

Həmin kateqoriyadan