Cəbrayıl Həsənov: Yaşar Doğu turnirində və Avropa çempionatında yeni çəkidə çıxış edəcəyəm

Sərbəst güləş millimizin kapitanı Cəbrayıl Həsənov gələn mövsümdən yeni çəkidə çıxış etməyi planlaşdırır. Tokio olimpiadasına da yollanmağı hədəfləyən olimpiya və dünya mükafatçısı allsport.az saytına açıqlamasında, Avropa çempionuğunu 4-ə yüksəltmək istəyində olduğunu deyib:

“Almaniya çempionatında 86 kq-da çıxış etdim. Bu günlərdə “İran Mol”da klublararası dünya kubokunda öz çəkimdə, 79 kq-da güləşdim. Yenə çəkidə pis alınmadı. Amma 86 kq-da iranlı və ABŞ-lı aparıcı güləşçilərlə qarşılaşmadım. Bu üzdən indidən nəsə söyləmək olmaz.

Məşqçilər heyəti yeni mövsümdə məni rəsmi yarışlarda sınamaq qərarına gəlib. Fevralda Romada qitə çempionatında yeni çəkidə çıxış etməliyəm. Bunadək 10-12 yanvarda İstanbulda ənənəvi Yaşar Doğu turnirində 86 kq-da mübarizə aparacağam”.

Həmin kateqoriyadan