Şəxsi məşqçisi: Allah eləsin, Cəbrayıl necə güləşib, nəyə nail olub, ondan artığını tələbələrindən görsün

Xəbər verdiyimiz kimi, sərbəst güləş üzrə millimizin kapitanı Cəbrayıl Həsənov idmançı karyerasını bu gün rəsmən başa vurub. AGF-in prezident əvəzi Namiq Əliyevin müvafiq əmrinə əsasən o, gənclərdən ibarət yığmaya böyük məşqçi təyin olunub. 

Sözsüz ki, onun bu məqama gəlib çatmasında şəxsi məşqçisi Aslan Ağayevin də böyük əməyi var. O, qadınlardan ibarət komandamıza rəhbərlik edir. Astaralı mütəxəssis tələbəsinə yeni məsul vəzifənin tapşırılması barədə allsport.az saytına bunu deyib:

“Hazırda Türkiyədə təlim-məşqdəyik. Ayın 20-də qayıdacağıq. Bu xəbəri sevinclə qarşıladım. Məşqçi tələbəsinin hər uğuruna şaddır. İstər idman arenasında, istərsə də kənarda.

Allah eləsin, necə güləşib, nəyə nail olub, ondan da üstününü öz tələbələrindən görsün və heç zaman onun üzərində əməyi olan insanları unutmasın”.

Həmin kateqoriyadan