Cəlil Cəfərov Avropa voleybol konfederasiyasının idarə heyətinin iclasda iştirak edib

Avropa voleybol konfederasiyasının idarə heyətinin azərbaycanlı üzvü Cəlil Cəfərov (şəkildə soldan 1-ci) plenar iclasda iştirak edib. Allsport.az saytı xəbər verir ki, ilin II toplantısını mayın 21-də Sloveniyanın paytaxtı Lüblyanada baş tutub.

İclasda iştirak edən beynəlxalq voleybol federasiyasının prezidenti Ari Qraça da öz fikirlərini bölüşüb və Avropada, dünyada milli federasiyalara göstərilən dəstəyi qeud edib:

“Biz 2017-ci ildən bəri avropanın 56 federasiyasının 3 milyon İsveçrə frankından çox olan 110 layihəsini təsdiqləmişik. Bu ümumilikdə 521 layihənin bir hissəsidir və ümumi sərmayəsi 11 milyon İsveçrə frankından çoxdur”.

FİVB prezidenti Ari Qraça, CEV prezidenti Aleksandr Boriçiç və idarə heyətinin üzvləri mayın 22-də bu şəhərdə çempionlar liqasının final oyunlarını izləyəcək və mükafatlandırmada iştirak edəcəklər.

Qadınların yarışında “Konegliano” (İtaliya) – “Vəkfbank” (Türkiyə), kişilərdə ZAKSA (Polşa) – “Trentino” (İtaliya) üz-üzə gələcəklər.

Həmin kateqoriyadan