Cəlil Cəfərov iclasa qatıldı

Azərbaycan voleybol federasiyasının baş katibi Cəlil Cəfərov Avropa voleybol konfederasiyasının plenar iclasında iştirak edib. Allsport.az xəbər verir ki, iclasa CEV prezidenti Aleksandr Boriçiç rəhbərlik edib.

O, çıxışı zamanı ötən ilin yazından dünyanı bürüyən koronavirus pandemiyasının idmana, o cümlədən voleybola olan mənfi təsirlərindən və onunla mübarizə yolundan, həmçinin gələcək üçün qarşıda duran planlardan danışıb.

CEV prezidenti 2021-ci ilin voleybolsevərlər üçün həyəcanlı bir il olduğunu qeyd edib.

Həmin kateqoriyadan