- Baxış sayı: 61
- 13 Avqust 2026 20:08
- Baxış sayı: 568
- Avqust 12, 2026
- 0

Avropa voleybol konfederasiyasının idarə heyətinin yeni tərkibdə ilk iclası keçirilib.
Allsport.az saytı xəbər verir ki, dünyanı bürümüş COVİD-19 səbəbindən videotoplantı şəklində keçən toplantıya CEV prezidenti Aleksandr Boriçiç rəhbərlik edib.
AVF-in baş katibi, CEV idarə heyətinin üzvü Cəlil Cəfərovun da iştirak etdiyi vebinarda 2020-2024-cü illərdə fəaliyyət göstərəcək komissiyaların tərkibi müəyyənləşib.