- Baxış sayı: 276
- 12 İyul 2026 00:00
- Baxış sayı: 135
- Avqust 10, 2026
- 0

Tailand paytaxtı Banqkokda Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının toplantısı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə İWF-ə prezident seçkiləri olub. Bu vəzifəyə əsas namizədlər macarıstanlı Tomaş Ayan və italiyalı Antonio Urso olublar.
Yığıncaqda Azərbaycanı AAAF-in vitse-prezidenti Tofiq Heydərov, baş katib Rizvan Rəsulov və rəyasət heyətinin üzvü Fəxri Ağayev təmsil ediblər.
Seçkilərdə 86 səs toplayaraq rəqibini 25 səs qabaqlayan Tomaş Ayan yenidən İWF-in prezidenti seçilib. 12 il bu vəzifədə çalışan mütəxəssis, növbəti 4 beynəlxalq quruma rəhbərlik edəcək.
Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərov seçkilərdə qalib gələn Tomaş Ayanı təbrik edib, ona uğurlar arzulayıb, federasiyalar arasındakı dostluq əlaqələrinin davam edəcəyinə inamını bildirib.