“Cakarta” azərbaycanlılarla ölkə çempionu oldu. Odina Əliyeva İndoneziyanın ən güclüsüdür

Ziya Rəcəbovun baş məşqçilik etdiyi “Cakarta” (Pertamina) qadın voleybol klubunun İndoneziya çempionluğu rəsmiləşib. Allsport.az saytı xəbər verir ki, yerli federasiya bu barədə qərar verib. Çünki paytaxtlılar müntəzəm çempionatın qalibi olmuşdu. Ümumən, həmyerlimizin komandası cari mövsümü itkisiz keçirmişdi. Bu üzdən, koronavirus pandemiyasına görə pley-ofda yarımçıq dayandırılan yarışma “Cakarta”nın zəfərini əngəlləməyib.

Mütəxəssislə yanaşı, millisinin unudulmaz öncülləri – Natalya MəmmədovaOdina Əliyeva yurda çempion olaraq dönəcəklər. Adı 2-ci çəkilən diaqonal hücumçu 3 nominasiyada fərqləndirilib. 30 yaşlı voleybolçu ilk mərhələnin bombardiri, çempionatın ən yaxşı hücumçusu və ən dəyərli oyunçusu seçilib. Hansı ki, həmin yarışmada ulduz legionçular çıxış edirdi. O, azarkeşlərin təşkil etdiyi qeyri-rəsmi sorğuda da fərqlənib. “Taclı bəla” səbəbindən sərhədlər bağlı olduğundan, azərbaycanlılar hələ də İndoneziyada, Bali şəhərindədirlər.

Həmin kateqoriyadan