“Cakarta” voleybol klubu Xocalı soyqırımını andı

İndoneziyanın qadın voleybolçulardan ibarət “Cakarta” klubu Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib. Allsport.az saytı xəbər verir ki, təşəbbüs komandanın azərbaycanlı baş məşqçisi Ziya Rəcəbov və keçmiş milli üzvləri Natalya Məmmədova və Odina Əliyevadan gəlib.

Paytaxt təmsilçisinin oyunçuları əllərində Azərbaycan və İndoneziya bayraqları, üzərlərində ingiliscə “Xocalıya ədalət” yazılan geyimlə dəstək nümayiş etdiriblər.

Xatırladaq ki, ermənilərin Xocalıda törətdiyi soyqırımından 28 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə qarşı soyqırımı törədiblər.

Həmin kateqoriyadan