“Cakarta”dan ayrılan Ziya Rəcəbov: Sizi tezliklə görəcəyimə ümid edirəm

“Mənim gözəl “Cakarta” ailəm. İndoneziyanın ən gözəl azarkeşləri. Bu, mənə gözəl insanlar, gözəl peşəkar mütəxəssislər, yüksək səviyyəli təşkilatçılarla tanış olmaq imkanı verən gözəl mövsüm idi. Bütün bunlar məni gözlədiyimdən daha çox heyrətləndirdi. Necə deyərlər, hadisələr təkrarlanır”. Allsport.az saytının məlumatına görə, bu sözü İndoneziyanın qadın voleybolu üzrə “Cakarta” klubunun baş məşqçisi Ziya Rəcəbov deyib. Müntəzəm çempionatın qalibi olan həmyerlimiz bildirib ki, koronavirus pandemiyası səbəbindən dayandırılan və baş tutmayan pley-off mərhələsinin bərpasına və yenidən komandaya dönəcəyinə ümidvardır:

“Mən çox ümid edirəm ki, yenidən ailəmə çevrilən insanlara, Vətənimdən uzaqda da özümü evimdə kimi hiss etdirənlərə və heç bir məqam hiss etməyə imkan verməyənlərə qayıdacağam. İkinci evim olan gözəl İndoneziyadakı Kedə çoxsaylı müsbət, təbəssüm dolu simalar, dəstək və böyük qələbələr görürdüm.

Biz mövsümün sonuna çatdıq və super-əziz qrupla cari çempionatda qalib gəlib, qısa pley-off mərhələsində azarkeşlərimizi təəccübləndirməyə hazır olub, işimizin təxminən 90 faizini yerinə yetirdik. Bütün “Cakarta”nın təşkilatçılarına, personala, rəhbərliyə, yüksək səviyyədə özünəinamla mübarizə apara biləcək sevimli oyunçularıma təşəkkür edirəm. “Cakarta” – çempion. Sizi tezliklə görəcəyimə ümid edirəm. Həmişə ürəyimdə qalacaqsınız”.

Xatırladaq ki, Azərbaycan millisinin keçmiş üzvləri Natalya Məmmədova ilə Odina Əliyeva da “Cakarta”da çıxış ediblər.

Həmin kateqoriyadan