- Baxış sayı: 65
- 10 May 2026 15:37
- Baxış sayı: 63
- May 11, 2026
- 0

İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.
Allsport.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq-da medalçılar müəyyənləşib.
Ayxan Cavadov (60 kq) finalda isveçli Adam Silverinə ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək Avropa çempionu olub.
Fərahim Mustafayev (67 kq) gərgin mübarizə şəraitində keçən qarşılaşmada türkiyəli Abdullah Kəskinə 7:5 hesabıyla qalib gələrək bürünc medal qazanıb.
Seymur Qasımov (72 kq) yunanıstanlı Arionas Kolitsopulosa 1:3 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətlənib.
Elmin Əliyev (82 kq) isə serbiyalı Oqnyen Yakovlyeviçə tam üstünlüklə (10:0) qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.