CELA prezidenti ölkəmizdə səfərdədir

Avropa güləş federasiyasının prezidenti Çeno Çenov ölkəmizdə rəsmi səfərdədir. Allsport.az saytı xəbər verir ki, AGF rəhbərliyi ilə görüşən UWW rəsmisi Bakıda milli komandaların bazası, bir neçə mehmanxananın şəraiti ilə tanış olub və Heydər Əliyev adına idman-konsert kompleksinə baş çəkib.

Federasiya gələn il martın 19-dan 22-dək baş tutacaq Avropa olimpiya təsnifat turnirini təşkil etmək üçün namizədliyini irəli sürüb.

Qeyd edək ki, Bakı ilə yanaşı, namizəd şəhərlər arasında Zrenyanin (Serbiya), Roma (İtaliya) və Budapeşt (Macarıstan) də var. Bu yarışda hər çəki üzrə finalçılar Tokio-2020-yə lisenziya qazanacaq.

Həmin kateqoriyadan