- Baxış sayı: 64
- 06 May 2026 15:25
- Baxış sayı: 36
- May 11, 2026
- 0

Bu gün qadın voleybolçular arasında Avropa Çempionlar Liqasında Azərbaycan komandaları üz-üzə gələcək. Allsport.az saytı xəbər verir ki, Voleybol Mərkəzində baş tutacaq görüşdə “Lokomotiv” ilə “Azərreyl” qarşılaşacaqlar.
Oyunu idarə etmək üçün CEV tərəfindən serbiyalı Mirko Yankoviç və belaruslu Yuriy Bakunoviç təyinat alıblar. Matç saat 18:00-da başlayacaq.
“A” qrupunda bu 2 Azərbaycan təmsilçisi ilə yanaşı, “Dinamo Kazan” (Rusiya) və Almaniyanın “Alyants Ştutqart” klubları da mübarizə aparırlar.