- Baxış sayı: 74
- 24 İyun 2026 22:19
- Baxış sayı: 120
- İyun 25, 2026
- 0

Antalyada gənc güləşçilərin “Çempionlar” turnirinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışın son günündə bahadırlarımız 6 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıb.
Yunan-Romada Elmir Əliyevlə (60 kq) Laçın Vəliyev (87 kq) çempion olub. Nihad Quluzadə (60 kq) 3-cü yerə çıxıb.
Qızlarda Birgül Soltanova (62 kq) qızıl, Gültəkin Şirinova (53 kq) gümüş, Nigar Mirzəzadə (68 kq) bürünc medalı boynundan asıb.
Sərbəst güləşdə Ceyhun Allahverdiyev (61 kq), Sabir Cəfərov (70 kq) və Səbuhi Əmiraslanov (79 kq) 1-ci, Kənan Heybətov (70 kq) 2-ci, Məhəmməd-Bəşir Xaniyev (70 kq), Soslan Tigiyev (79 kq) və Abdulcəlil Şabanov (92 kq) 3-cü ter tutublar.