“Çempionlar”dan bol qələbə ilə

İstanbulda gənc güləşçilərin “Çempionlar” beynəlxalq yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, sayca 21-ci sınaqda komandalarımız ümumilikdə 1 qızıl, 3 gümüş və 7 bürünc medala yiyələnib.

Böyük məşqçi Saypulla Absaidov və məşqçi Nazim Əlicanovun rəhbərliyi ilə yalnız final görüşündə məğlub olan Əliabbas Rzazadə (57 kq) və Elmar Kazımov (65 kq) 2-ci yerlə kifayətləniblər. Bürünc medallar İntiqam Vəlizadə (61 kq), Hacımurad Hacıyev (70 kq), İsmayıl Abdullayev, Abubakr Abakarov (hər ikisi – 74 kq) və Orxan Abbasova (79 kq) qismət olub. “Sərbəstlər” komanda hesabında 3-cü olublar.

Böyük məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi ilə Zaur Nuriyev (63 kq) qızıl medalını qazanıb. Kamran Mirzəliyev (67 kq) gümüş, Zaur Əliyev (55 kq) və Nəsir Həsənov (77 kq) bürünc mükafata sahib çıxıblar. Görüşlərin idarə edilməsində ölkəmizi 2-ci dərəcəli beynəlxalq hakim Vaqif Zeynallı təmsil edib.

Həmin kateqoriyadan